Sədəf Xəstəliyinə

Sədəf xəstəliyinə meyilli olan insanlarda psixoloji stress və problemlər sədəfi üzə çıxara bilər ya da var olan töküntülərdə çoxalmaya səbəb ola bilər. Buna görə də çox stressli olan insanların psixolojik kömək alması xəstəliyin ağırlığını azaldacaqdır. Bundan əlavə diş çürüyü, badamcıq iltihablanması, sidik yolları iltihabı kimi mikrob mənbəli xəstəliklər və qaşıma, vurma və sürtmə gibi zədələmələr, spirtli içkilərin çok içilməsi, bəzi metabolik xəstəliklər (hiperkalsemiya) və dərmanlar da pis təsir edə bilər.

Psixoloji Stress:

Tədqiqatlar xüsusi ilə həyatında ciddi dəyişikliklər yaşayan insanlarda sədəf xəstəliyində də dəyişiklik göründüyünü göstərir.
Bəzi yeni tədqiqatlarda stress ilə birgə bədəndə immun sistemini qıcıqlandırma xüsusiyyəti olan bəzi maddələrin qanda arttığı görülüb.

Bakteriya ve virus infeksiyaları:

Xüsusi ilə uşaqlarda streptokok adənda boğazda  olan bakteriya infeksiyalarında sədəf xəstəliyinin gücləndiyi bilinir. Buna görə də mütəmadi olaraq badamcıq iltihablanmasındanəziyyət çəkən xəstələrin mülaciə olunmağı lazımdır.Tez-tez dəri həkimləri xəstənin belə bir şikayəti olmasa da boğazdan pambıqlı bir çöpün köməyi ilə nümunə alaraq antibiyogram analizi istəyirlər. Bunlardan başqa bədəndə daimi bir infeksiya qaynağının olduğu xəstəliklərin (misal üçün çürük diş) müalicəsi vacibdir.

İqlim:

Sədəf günəşli iqlimlərdə azalıq və xüsusi ilə qışda artır. Bundan başqa əhalisi az olan regionlarda sədəf xəstəliyi də daha az yaşanır. Quru iqlimlərdə rütubətin az olduğu üçün xəstələr qabıq bağlanan yerlərində daha çox qaşıntı hiss edir. Buna görə də sədəf xəstələri rütubət çox olan yerlərdə daha rahat yaşayırlar. Əlavə olaraq qışda müxtəlif qızdırıcı sistemlərin təsiri ilə hava quruyur və qabıqlanmalarda qaşıntı artır. Sədəf xəstələri qışda nəmləndiricilərdən çox istifadə etməlidirlər.

Kobner Fenomeni: 

Sədəfsiz dərinin zədələnməsi burada yeni sədəf lezyonlarının meydana çıxmasına səbəb ola bilər. Buna Kobner fenomeni deyilir. Günəş yanığı və kəsilmə buna səbəb ola bilər. Günəş sədəf üçün mülacəvi olsa da uzun müddət günəşin altında qalaraq yanmaq ziyanlıdır. Sədəf xəstələri qətiyyən silinməz tatoo etdirməməlidir, çünki tatoo ediləcək yerlərdə də sədəf meydana gələ bilər. Sədəf yaralarının çox qaşınması, yaxında olan dəridə də Kobner fenomeni təsiri ilə təzə sədəf yaralarının meydana gəlməsinə səbəb ola bilər. Bu olmasın deyə mülaicə edilməlidir. Bundan başqa bir çox sədəf xəstəsi də qabıqlarla oynayır və onları qopardır. Bu vəziyyətdə də bənzər hadisə meydana gələ bilər.

Kimlər sədəf xəstəliyinə yoluxa bilər?

Sədəf xəstəliyinə hər iki cinsdə də rast gəlinir. Amma yoluxma  halları qadınlarda kişilərə nisbətən daha çox görünür. Xəstəlik bütün yaşlarda başlaya bilər. Xəstələrin 10 – 15 faizində başlanğıc 10 yaşın altında olur. Xəstəliyin ortalama başlanğıc yaşı isə 28-dir.

Sədəf xəstəliyində diaqnoz necə qoyulur?

Sədəf xəstəliyin diaqnozu adətən dermatoloji müayinədən sonra qoyulur. Klinik olaraq digər xəstəliklərdə qarışırsa dəridən balaca bir parça götürülüb patoloji müayinə lazım ola bilər. Bu xəstəliyin dəqiqləşdirilməsi üçün xüsusi bir qan analizi yoxdur.

Sədəf xəstəlikləri bir-birinə oxşayırmı?

Sədəf xəstəliyi çox fərqli klinik formalarda qarşımıza çıxa bilər. Xəstəliyin ən çox rastlanan formasında xüsusi ilə diz, dirsək və saçlı dəri kimi yerlərdə üstü sədəf kimi gümüşü rəngdə qalın kəpəklə örtülmüş qabarıq və qızartılı töküntülər görünür. Bəzən bu töküntülər bütün bədəndə görüləcək qədər yayılmış ola bilər.

Saçlı dəri xəstələrin təxminən 50 faizində tutulur. Bəzi xəstələrdə təkcə saçlı dəri yoluxa bilər.
Uşaqlarda xəstəlik fərqli xüsusiyyətlərdə görünə bilər. Adətən 1-10 mm diametr olan qırmızı rəngli üstü kəpəkli əlamətlər görmək olur. Bu əlamətlər yuxarı tənəffüs yolu infeksiyasından sonra arta bilər.

Xəstəlik bəzi adamlarda xüsusi ilə qoltuq altı, qasıq, sinə altı kimi qıvrım yerlərdən başqa yerdə görünməyə bilər. Bu yerlər nəmli olduğuna görə xəstəlik özünü kəpəklənmə olmadan ancaq qızartı və qabarıq şəkildə göstərir.

Sədəf xəstəliyi qızarıqlıq, kəpəklənmə kimi şəkillərdən başqa sızanaq formasında qabarıqlıqlara da səbəb ola bilir. Bu töküntülər sadəcə əl içi və ayaq dabanında meydana gələ(palmoplantar pustularpsoriasis) vəya bütün vücudda görülə bilər.

Sədəf xəstəliyi dırnaqlarda çuxurlaşma, qalınlaşma, qopma, nöqtə qanamalar və sarı rəng dəyişikliyi meydana gətirə bilər. Bu əlamətlət tək vəya digər dəri töküntüləri ilə birlikdə görülə bilər.

Xəstələrin 10 faizində oynaq tutulmasına rast gəlmək mümkündür. Xüsusi ilə əl və ayaq oynaqları tutulur. Nadirən böyük oynaqlarda da buna rast gəlinə bilər. Digər töküntülər xəstəliyi müşayiət edirsə diaqnoz asandır, amma təkcə oynaq tutulması olan xəstələrdə bu çətin ola bilər.
Sədəf xəstəliyi bütün bədənə yayılmış qızarıqlıq, kəpəkləməyə səbəb olduğu zaman qızdırma, hipotermiya, titrəmə, halsızlıq kimi hallara da rast gəlmək mümkündür.

Sədəf xəstəliyi yoluxucudurmu?

Sədəf xəstəliyi mikrob mənşəli bir xəstəlik olmadığı üçün yoluxucu deyil.

Sədəf xəstəliyi üçün xüsusi bir pəhriz varmı?

Bu xəstəlik üçün xüsusi bir pəhriz yoxdur. Son illərdəki tədqiqatlar omega 3 tərkibli balıq yağlarının xəstələrə yaxşı təsir etdiyini, quru yağ istifadə edənlərdə isə xəstəliyin daha çox göründüyünü, çox kök insanlarda da xüsusi ilə qıvrım yerləri ilə əlaqəli şikayətlərinin çoxaldığını və müalicənin çətinləşdiyini müəyyənləşdirmişdir. 

Sədəf xəstəliyində saç tökülürmü?

Sədəf xəstəliyi normal şərtlərdə saç tökülməsinə səbəb olmur. Ancaq saçı əhatə edən çox qalın qabıqları sökməyə çalışarkən saçlarınızı da tökə bilərsiniz. Bundan başqa xəstəliyin müalicəsi üçün istifadə edilən bəzi dərmanlar saçlarda müvəqqəti tökülməyə səbəb ola bilər.
 Sədəf xəstəliyi bədənin hansı hissələrində görünür?

Sədəf xəstəliyi, ən çox saçlı dəri, diz, dirsək və gövdədə olur. Amma dırnaqlar, ovuc, ayaq dabanları, genital bölgə və üz daxil olmaqla hər yerdə də bu xəstəliyə rastlamaq mümkündür. Ləkələr adətən simmetrik olur, yəni bədənin sağ və sol hissəsində eyni yerdə peyda olur. 

Sədəf xəstələri daha çox nəyə diqqət etməlidirlər?

  • Lazımsız dərman istifadə etməməli
  • Sağlam qidalanmalı
  • Spirtli içki içməməli və siqaret çəkməməli
  • İdeal bədən ağırlıqlarında olmalı
  • Diş çürüyü, sinusit kimi infeksiyaları olduğu halda, dərhal müalicə olunmalı
  • Mütəmadi olaraq idmanla məşğul olmalı
  • Stressdən uzaq durmalı
  • Günəş altında ifrat dərəcədə çox qalmamalı
  • Həyatı və ətrafını olduğu kimi qəbul etməlidir.

Sədəf xəstəliyində immun sisteminin rolu necədir?
İmmun sistemi bədənin xəstəliklərdən qorunmaq üçün olan hüceyrələrdən ibarətdir. Bu hüceyrələrin normal işləmə nizamı pozulduqda bəzi xəstəliklər peyda olur. Sədəf xəstəliyində immun sistemində olan hüceyrələrin anormal işləməsi dəridəsi hüceyrələri qıcıqlandıraraq sürətlə çoxalmasına səbəb olur. 

İmmun sistemi hüceyrələrinin anormal işləməsinin və dəridəki hüceyrələri qıcıqlandırmasının dəqiq səbəbi bilinməsə də bunda bəzi təkanverici faktorların rol oynadığı bilinir.