Sədəf Xəstəliyinin Müalicəsi
Sədəf xəstəliyin diaqnozu adətən dermatoloji müayinədən sonra qoyulur. Klinik olaraq digər xəstəliklərdə qarışırsa dəridən balaca bir parça götürülüb patoloji müayinə lazım ola bilər. Bu xəstəliyin dəqiqləşdirilməsi üçün xüsusi bir qan analizi yoxdur.
Kimlər sədəf xəstəliyinə yoluxa bilər?
Sədəf xəstəliyinə hər iki cinsdə də rast gəlinir. Amma yoluxma halları qadınlarda kişilərə nisbətən daha çox görünür. Xəstəlik bütün yaşlarda başlaya bilər. Xəstələrin 10 – 15 faizində başlanğıc 10 yaşın altında olur. Xəstəliyin ortalama başlanğıc yaşı isə 28-dir.
Sədəf xəstəlikləri bir-birinə oxşayırmı?
Sədəf xəstəliyi çox fərqli klinik formalarda qarşımıza çıxa bilər. Xəstəliyin ən çox rastlanan formasında xüsusi ilə diz, dirsək və saçlı dəri kimi yerlərdə üstü sədəf kimi gümüşü rəngdə qalın kəpəklə örtülmüş qabarıq və qızartılı töküntülər görünür. Bəzən bu töküntülər bütün bədəndə görüləcək qədər yayılmış ola bilər.
Saçlı dəri xəstələrin təxminən 50 faizində tutulur. Bəzi xəstələrdə təkcə saçlı dəri yoluxa bilər.
Uşaqlarda xəstəlik fərqli xüsusiyyətlərdə görünə bilər. Adətən 1-10 mm diametr olan qırmızı rəngli üstü kəpəkli əlamətlər görmək olur. Bu əlamətlər yuxarı tənəffüs yolu infeksiyasından sonra arta bilər.
Xəstəlik bəzi adamlarda xüsusi ilə qoltuq altı, qasıq, sinə altı kimi qıvrım yerlərdən başqa yerdə görünməyə bilər. Bu yerlər nəmli olduğuna görə xəstəlik özünü kəpəklənmə olmadan ancaq qızartı və qabarıq şəkildə göstərir.
Sədəf xəstəliyi qızarıqlıq, kəpəklənmə kimi şəkillərdən başqa sızanaq formasında qabarıqlıqlara da səbəb ola bilir. Bu töküntülər sadəcə əl içi və ayaq dabanında meydana gələ(palmoplantar pustularpsoriasis) vəya bütün vücudda görülə bilər.
Sədəf xəstəliyi dırnaqlarda çuxurlaşma, qalınlaşma, qopma, nöqtə qanamalar və sarı rəng dəyişikliyi meydana gətirə bilər. Bu əlamətlət tək vəya digər dəri töküntüləri ilə birlikdə görülə bilər.
Xəstələrin 10 faizində oynaq tutulmasına rast gəlmək mümkündür. Xüsusi ilə əl və ayaq oynaqları tutulur. Nadirən böyük oynaqlarda da buna rast gəlinə bilər. Digər töküntülər xəstəliyi müşayiət edirsə diaqnoz asandır, amma təkcə oynaq tutulması olan xəstələrdə bu çətin ola bilər.
Sədəf xəstəliyi bütün bədənə yayılmış qızarıqlıq, kəpəkləməyə səbəb olduğu zaman qızdırma, hipotermiya, titrəmə, halsızlıq kimi hallara da rast gəlmək mümkündür.
Sədəf xəstələri daha çox nəyə diqqət etməlidirlər?
Lazımsız dərman istifadə etməməli
Sağlam qidalanmalı
Spirtli içki içməməli və siqaret çəkməməli
İdeal bədən ağırlıqlarında olmalı
Diş çürüyü, sinusit kimi infeksiyaları olduğu halda, dərhal müalicə olunmalı
Mütəmadi olaraq idmanla məşğul olmalı
Stressdən uzaq durmalı
Günəş altında ifrat dərəcədə çox qalmamalı
Həyatı və ətrafını olduğu kimi qəbul etməlidir.
Sədəf xəstəliyində immun sisteminin rolu necədir?
İmmun sistemi bədənin xəstəliklərdən qorunmaq üçün olan hüceyrələrdən ibarətdir. Bu hüceyrələrin normal işləmə nizamı pozulduqda bəzi xəstəliklər peyda olur. Sədəf xəstəliyində immun sistemində olan hüceyrələrin anormal işləməsi dəridəsi hüceyrələri qıcıqlandıraraq sürətlə çoxalmasına səbəb olur.
İmmun sistemi hüceyrələrinin anormal işləməsinin və dəridəki hüceyrələri qıcıqlandırmasının dəqiq səbəbi bilinməsə də bunda bəzi təkanverici faktorların rol oynadığı bilinir.