Sədəf Ciddi Xəstəliklərə Səbəb Ola Bilər
Ən ağır keçirilən dəri xəstəliklərindən biri olan sədəf xəstəliyi, həm bədəndə yaratdığı görüntü, həm də yoluxucu olma narahatçılığına görə xəstələri narahat edir. Sədəf, laqeydlik və nəzarətsizliyə görə ürək, təzyiq və ifrat kilo kimi bir neçə xəstəliyin də bünövrəsini ata bilər.
Ailəsində sədəf xəstəliyi olanlarda daha çox rast gəlinir.
Sədəf cəmiyyətin 1-3 faizində görünən xroniki bir xəstəlikdir. Sərhəddləri kəskin olan, qırmızı bir zəminə yerləşmiş ağ rəngli qabıqlarla özünü biruzə edir. Qabıqların rənginə görə “Sədəf xəstəliyi” deyilir. Xəstəliyin diaqnozu dəri müayinəsi ilə qoyulur. Amma bəzi hallarda biopsi də lazım ola bilir. Tez-tez saçın içində, diz, dirsək və dırnaq kimi yerlərdə görünə bilsə də, digər yerlərdə də rast gəlinə bilər. Xəstəliyin meydana gəlməsində immun sisteminin və genetik səbəblərin əsas olduğu bilinir. Ailəsində sədəf xəstəliyi olmayan bir insanda meydana gəlmə riski 1-2%, bir ya da daha çox valideynində xəstəlik olan insanda isə 50%-dir.
“Sədəf xəstələri evlənə bilməzlər” sözü tamamilə səhvdir.
Xəstəlik düzəlmə və təkrarlanma periodlarından ibarətdir. Buna görə də ömür boyu davam edə bilən bir xəstəlikdir. Qadınlarda çox vaxt daha gənc yaşda rast gəlinir. Xəstəliyin başlanma yaşı adətən 20-40 yaş arasındadır. Dəqiq bir qayda olmasa da, xəstəlik nə qədər tez başlasa və ailədə də varsa, o qədər qalıcı olur. Sədəf xəstəliyi əsasən yayılmış isə xəstənin həyatına ciddi formada təsir etməktədir. Xalq arasında “Sədəf xəstəliyi yoluxucudur, sədəf xəstələri evlənə bilməz” kimi neqativ inanclara qulaq asmamaq lazımdır. Sədəf xəstəliyi yoluxucu bir xəstəlik olmadığı üçün, sədəf xəstəsi başqa bir adamın sağlamlığına təsir etməz.
Başqa xəstəliklərin xəbərçisi ola bilər.
Fiziki travmalar, soyuq hava, bakteriya və virus infeksiyaları, stress, ağrı kəsici dərmanlar başda olmaqla bəzi təzyiq dərmanları ya da kortizonun kəsilməsi, alkoqol və siqaret sədəf xəstəliyini qıcıqlandırmaqdadır. Sədəf xəstəliyi oynaq revmatizması (artrit), yuxarı təzyiq, xolestrol çoxluğu, çox kilo, depresiya, şəkər xəstəliyi və koronar ürək xəstəliyi kimi bir çox xəstəliyin də bünövrəsini təşkil edə bilər.