Sədəf Xəstləiyi Nədir?
Psoriasis, dünya əhalisinin təxminən 27 faizinə təsir edən və xriniki xüsusiyyətlərə malik bir dəri xəstəliyidir. Əksərən xronik olan və cəmiyyətdə olduqca çox rast gəlinən vir xəstəlikdir. Bir çox xroniki xəstəlikdə olduğu kimi müəyyən periodlarla təkrarlanma xüsusiyyətinə də malikdir. Bu period fərdə görə dəyişə bilər. Sədəf xəstəsi bəzən uzun illər ərzində heç bir narahatlıq hiss etmədən və xəstəliyə aid əlamətləri görmədən sakit bir həyat yaşaya bilər. Xəstəliyin adının sədəf olmasının səbəbi olan tipik əmalətlər; çəhrayı, qırmızı, az qabarıq zəmində olan ağ, iri, parlaq və quru kəpəklərdir.
Sədəf xəstəliyi dəri örtüyünə sahib olan bütün yerlərdə ola bilər. Saçlı dəridə, dırnaqda, əldə, ayaqda, bədəndə, dizdə, dirsəkdə, uzun sözün qısası başdan ayağa bütün bədəndə bu xəstəliyə rast gəlmək olar. Xəstəliyin yaşanma şiddəti və forması adama görə dəyişir. Xəstəlik, bəzi xəstələrdə ancaq bir nöqtə ya da vallar formasında görünür, bəzi xəstələrdə də bədənin müxtəlif yerlərinə yayılaraq çox geniş dəri bölgəsində meydana gəlir. Ən çox yoluxan yerlər diz, dirsək, bel, saçlı dəri və genital bölgədir.
Tipik görünüşündə qırmızı, bəlli ərazidəki dəri üstündə ağ, kiçik qabıqlanmalar formasındadır, ancaq sədəfin qabıq olmadan, təkcə qırmızı bölgələr vəya bu yerlərin üstündə meydana gələn iltihablı, başı iynə böyüklüyündə ləkələr də ola bilər. Klinik görünüşə baxılaraq diaqnoz qoyulan sədəf bəzən ekzama, allergik dəri xəstəlikləri ilə qarışdırıla bilər.
Neçə növ sədəf xəstəliyi mövcuddur?
Val tipli sədəf (Psoriazis):
Xəstəliyin ən çox yayılmış növüdür. Diz və dirsəklərdə qızartılı, üstü kəpəkli qırmızı vallar formasındadır.
Tərs (invers) sədəf:
Əksər hallarda qoltuq altı, məmə altı kimi dərinin qatlanma yerlərində meydana gəlir. Bu ərazilərdə olan ekzamanlardan fərqləndirilməlidir. Əgər sədəf qasıqlar, qoltuq altı, ayaq barmağı arası, anus bölgəsi ya da sinə altında meydana gəlsə klassik gümüşü ağ soyulma yerinə nəmli qırmızı vallar görünür.
Damla tipli (guttat) sədəf:
Xüsusi ilə uşaqlarda görünən sədəfin bu növündə lezyonlar bütün bədəndə damla formasında ya da qəpik böyüklüyündə meydana gəlir.
Palmoplantar ( əl ovucu, ayaq dabanı) sədəf:
Ovuc içi və ayaq dabanına təsir edən sədəfin iki fərqli növü vardır: lezyonlar ya qırmızı, üstü kəpəkli vallar formasında, ya da qızarıq yerdə sızanağa oxşar ləkəli yaralar formasındadır. Bu formaya pustulyar psoriasis deyilir. Bu forma çox inadkardır və illərcə davam edə bilər.
Saçlı dəri sədəfi:
Sədəf xəstəliyinin saçlı dəriyə təsir etməsi çox rastlanan bir haldır. Bədəndə olduğu kimi saçlı dərinin hamısını ya da balaca bir hissəsini əhatə edə bilər. Şiddətli kəpəklənmə tərzində tökülmə ola bilər. Bundan başqa sədəf xəstəliyində saçlar kökdə bir-birlərinə bitişik deyillər və nüvələrində yağlı qabıq qalmır. Sədəf xəstəliyi saç tökülməsinə səbəb olmamaqla birlikdə xəstə yerdə qaşıntıya, asan qanamaya və saçlı dərinin qurumasına səbəb olur.
Dırnaq Sədəfi, Dırnaq psoriazisi, Psioriatik dırnaq:
Bəzi xəstələrdə dırnaqlar da təsirlənə bilər. Bu hal, sədəf xəstəliyi olanlarda 10-78 faiz hallarda meydana gəlir. Dırnaq sədəfi, həm bədənin başqa yerlərində olan sədəf lezyonları ilə birgə görünə bilər, həm də ancaq dırnaqlarda ola bilər. Əgər sədəf xəstəliyi ancaq dırnaqlardadırsa və dəri yaraları yoxdursa diaqnoz çətindir. Sədəf xəstəliyində əl dırnaqları 50%, ayaq dırnaqları da 35% əmsalında yoluxur. Dırnaqlarda iynə başı böyüklüyündə çuxurcuqlar, dırnaqda qalınlaşma və altında qalın qabıqlama, dırnağın uc hissəinin dırnaq yatağından ayrılması, sarı vəya qəhvəyi rəng dəyişikliyi göstərməsi ola bilər. Dırnaq psoriazisini artıran faktorlar arasında, uzun dırnaq, protez dırnaq, qabıqüstü bölgənin qopardılması, dırnaq altındakı parçanı qoparmaq, qıcıqlandırıcı və göbələk infeksiyaları sayıla bilər. Psoriatik dırnaq, həm xəstə, həm də həkim üçün problemlər çıxara bilər və müalicəsi çox çətin olan bir sədəf növüdür. Müalicəyə başlamazamdan əvvəl sədəfli dırnaq ilə göbələkli dırnaq ayırd edən diaqnoz qoyulmalıdır.
Eritodermik sədəf:
Sədəf xəstəliyinin bədənin 80 faizindən daha çoxunu əhatə etdiyi, çox yayılmış və ağır formasıdır. Sədəfin bütün əlamətlərinin olmasına baxmayaraq qızarıqlıq ən diqqətə çarpan göstəricidir. Xəstələrdə qızdırma, halsızlıq, əzginli və maye – elektrolik azlığı kimi komplikasiyalar da meydana gəlir. Buna görə də xəstə, meydana çıxan vəziyyətə uyğun müalicə edilməlidir.
Pustular Sədəf:
Bu vəziyyət xeyli əvvəl başlamış klassik sədəf xəstəliyinin gedişi əsnasında görülə biləcəyi kimi, birinci əlamət olaraq da meydana gəlir. Lokal vəya ümumi ola bilər. Lokal forma simmetrik olaraq ovuç içi və ayaq dabanlarında qızarıq zəmin üstündə sarı pustulalarla xarakteristikdir. Başqa ərazilərdə heç bir xəstəlik əlaməti olmadan daban və ovuclarda pustulalı ovuc içi bə ayaq dabanı daxil bütün vücuda yayılır. Xəstəliyin pustular formasında bəzən qızdırma və halsızlıq da görünür.
Xəstənin ümumi vəziyyətipisdir və xəstəlik ağır formada keçir. Elektrolit müvazinətində nasazlıq, kalsium azlığı kimi ciddi problemlərlə birgə ola bilər. Ayaq biləklərində şişlik meydana gələ bilər. Bu simmetrik əlamətlər, dəridəki əlamətlərə paralel şəkildə inkişaf edir. Ağır qabıqlanma periodlarında sistematik əlamətlər arxa plana keçər, hətta yox olar. Selikli qişa pustular sədəf xəstəliyindən çox nadir halda təsirlənə bilər.
Oynaq sədəfi (psoriatik artrit):
Bütün sədəf növləri arasında, xəstələrin ən azı 5-8 faizində oynaq tutulması da yaşanır. Seronegativ bir artritdir və adətən dəridən sonra meydana gəlir. Əgər dəri tutulması ağırdırsa daha büyük ehtimalla görünür. Bəzi xəstələrdə az sayda və balaca oynaqlarda ağrıya rast gəlinir, bəzilərində də demək olar ki bütün oynaqlar yavaş inkişaf edən bir formada təsirlənib şişər. Tez-tez əl və ayaqların uc oynaqları ilə diz və ayaq biləyi tutulur. Təkrarlanan oynaq iltihabı (artrit) nəticəsində barmaqlarda tipik forma dəyişikliyi ortaya çıxır.