Seborrheic Dermatitis
Seboreik hissələr olarak bilinən saçlı dəri, qulaq arxası,T bölgəsi dediyimiz qaş dibləri, burun kənarı, çənə ve sinənin ön hissəsini əhatə edən eritemli skuamlı lezyonlarla spesifikdir. Bu vəziyyət struktural bir haldır. Xəstəlik tez-tez remissiya və aktivasiya halları ilə biruzə ola bilir. Lezyonların yağlı görünməsi çox tipik bir haldır.
Seboreik dermatit, saçlı dəridə sədəf xəstəliyi ilə və xroniki egzema ilə çox qarışdırılan bir xəstəlikdir. Sədəf xəstəliyindəki töküntülər sədəf rəngində və daha quru formada olur. Seboreik dermatitdə isə töküntülər daha yağlı və sarıdır. Bəzi hallarda hər iki hala eyni anda rast gəlmək də olur. Saçlı dəridə saçlı dəri və alın sərəddində adətən üç xəstəliyə rast gəlinir. Seboreik Dermatit, Sədəf xəstəliyi və Sifilis bu qrupdadır.
Seboreik dermatit müalicəsində asit salisilikdən istifadə edilir. Xüsusi şampunlar və dəri bəsləyici minerallı sabunlar tövsiyə edilir. Steroidlərdən istifadə edilsə də uzun müddət istifadədə heç bir təsiri olmaz. Xəstənin uzun müddətli minerallı şampunlar və ph balanslı minerallı sabunlar xəstəyə ən az iki illik istifadə üçün tövsiyə edilir.